Bərdədə odlu silah satmaq istəyən şəxs saxlanılıb

Bərdədə odlu silah satmaq istəyən şəxs saxlanılıb Bərdədə odlu silah satmaq istəyən şəxs saxlanılıb
Hadisə
15 Yanvar , 2025 10:25
Bərdədə odlu silah satmaq istəyən şəxs saxlanılıb

Bərdədə "Makarov" markalı tapançanı satmaq istəyən şəxs saxlanılıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayon sakini Əli Məmmədov 1500 manat müqabilində "Makarov" markalı tapançanı satmaq istəyərkən saxlanılıb. Ondan "Revolver" və “Makarov” tipli tapançalar, 27 ədəd müxtəlif çaplı patron, 1 ədəd tüfəng və soyuq silah hesab olunan xəncər aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi bașlanılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi