Yuxarı
    Bağlamaq

    Bərdədə aşan hasarın altında qalan 5 yaşlı uşaq ölüb

    Xanməd Əsgərov idarə etdiyi “T-28” markalı traktoru yolun kənarındakı hasara vurub və bu zaman hasar 5 yaşlı Rüfət Hətəmovun üstünə aşıb

    Bakı. 28 may. REPORT.AZ/ Bərdədə aşan hasarın altında qalan 5 yaşlı uşaq ölüb.

    "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

    Mayın 9-da Bərdə rayonunun Otuzikilər kəndində kənd sakini Xanməd Əsgərov idarə etdiyi “T-28” markalı traktoru yolun kənarındakı hasara vurub və bu zaman hasar 5 yaşlı Rüfət Hətəmovun üstünə aşıb. R.Hətəmov mayın 27-də xəstəxanada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi