BDU rektorunun müşavirini bıçaqlayan şəxsin məhkəməsi başlayıb

BDU rektorunun müşavirini bıçaqlayan şəxsin məhkəməsi başlayıb Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Dövlət Universitetinin (BDU) rektor müşavirini və komendantını bıçaqlayan İsmixan Mirzəyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Hadisə
13 Dekabr , 2021 15:19
BDU rektorunun müşavirini bıçaqlayan şəxsin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Dövlət Universitetinin (BDU) rektor müşavirini və komendantını bıçaqlayan İsmixan Mirzəyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

"Report" xəbər verir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Bildirilib ki, cinayət işi üzrə zərərçəkmiş kimi tanınan BDU-nun rektor müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyev məhkəməyə gəlməyiblər.

Məhkəmənin baxış iclası dekabrın 21-nə təyin olunub.

Qeyd edək ki, bu ilin iyul ayının 27-də BDU-nun əsas korpusunda universitetin təsərrüfat şöbəsində fəhlə işləyən İ.Mirzəyev rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirib.

Hadisəni törətməkdə təqsirli bilinən İ.Mirzəyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə İ.Mirzəyev Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi