Baş redaktorun apelyasiya şikayəti təmin edilməyib
Hadisə
- 07 iyun, 2019
- 07:05
Bakı Apellyasiya Məhkəməsində "Criminalaz.com" saytının baş redaktoru Anar Məmmədovun barəsindəki hökmdən verdiyi apelyasiya şikayətinə baxılıb.
"Report"un xəbərinə görə, hakim Rizvan Səfərovun sədrlik etdiyi kollegiya şikayəti təmin etməyib, onun barəsindəki hökm dəyişdirilmədən saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Məmmədov barəsində 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib, Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilməklə 2 il sınaq müddətinə cəza təyin olunub.
Qeyd edək ki, A.Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.
Son xəbərlər
02:18
ABŞ tarixində ən böyük pivə oğurluğu baş verib
Digər ölkələr01:49
SEPAH Trampın Hörmüz boğazı ilə bağlı bəyanatını təkzib edib
Region01:20
Tramp BKS-dəki amerikalı astronavtlarla rabitə seansı keçirib
Digər ölkələr00:44
Əraqçi: ABŞ və İsrail İranı parçalamaq istəyirdi
Region00:10
Türkiyə XİN: Yunanıstanın Egey dənizi ilə bağlı qərarı hüquqi nəticə doğurmayacaq
Region23:51
Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb
Digər ölkələr23:36
Foto
Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib
Fərdi23:30
Foto
Türkiyənin Bakıdakı səfirliyində 30 Avqust Zəfər bayramı qeyd edilib - YENİLƏNİB
Xarici siyasət23:23