Balaxanıda avtomobillə vurulan şəxsin çənəsi sınıb

Hadisə
  • 12 avqust, 2022
  • 22:46
Balaxanıda avtomobillə vurulan şəxsin çənəsi sınıb

Bakıda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Əliyev Natiq Əliməhəmməd oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona əng sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.