Balakəndə vəzifəli şəxslər qəzaya düşüblər, xəsarət alanlar var - FOTO

Balakəndə vəzifəli şəxslər qəzaya düşüblər, xəsarət alanlar var - FOTO Baləkən. 19 oktybr. REPORT.AZ/ Baləkən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
19 Oktyabr , 2018 12:13
Balakəndə vəzifəli şəxslər qəzaya düşüblər, xəsarət alanlar var - FOTO
Report
0 : 00
0 : 00

Baləkən. 19 oktybr. REPORT.AZ/ Baləkən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Zaqatala-Baləkən bürosu xəbər verir ki, qəza Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 145-ci kilometirliyində qeydə alınıb.

Belə ki, Zaqatala rayonunun Bəhmətli kənd sakini, 1978-ci il təvəllüdlü Şamil Ramazan oğlu Xasməmmədov idarə etdiyi "Mercedes" markalı, 10-RE-496 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil yolun kənarındakı ağaca çırpılıb.  

Hadisə zamanı sürücü Ş.Xasməmmədov və avtomobildə olan sərnişin Həsrət Şakir oğlu Musayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Xəstəxanada "Report"un yerli bürosuna bildirilib ki, H.Musayevin xəsarəti yüngül olduğundan ona həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib və evə buraxılıb. Avtomobilin sürcüsü Ş.Xasməmmədovun vəziyyəti isə orta-ağır olaraq qalır. 

Qeyd edək ki, Şamil Xasməmmədov Zaqatala rayonunun Bəhmətli kənd icra nümayəndəsi, Həsrət Musayev isə həmin kəndin bələdiyyə sədridir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi