Bakının mərkəzində vətəndaşlara bıçaqla hücum edən şəxslərin adları məlum olub - VİDEO - YENİLƏNİB

Bakının mərkəzində vətəndaşlara bıçaqla hücum edən şəxslərin adları məlum olub - VİDEO - YENİLƏNİB Daxili İşlər Nazirliyi (DİN) Bakıda vətəndaşların üzərinə bıçaqla hücum edənlərin saxlanılması ilə bağlı açıqlama yayıb.
Hadisə
13 Dekabr , 2019 12:04
Bakının mərkəzində vətəndaşlara bıçaqla hücum edən şəxslərin adları məlum olub - VİDEO - YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) Bakıda vətəndaşların üzərinə bıçaqla hücum edənlərin saxlanılması ilə bağlı açıqlama yayıb.

"Report"un xəbərinə görə, açıqlamada bildirilib ki, dekabrın 12-də saat 19 radələrində paytaxtın Səbail rayonu Ü.Hacıbəyov küçəsindəki marketlərin birində 2 nəfər oğurluğa cəhd göstərib. Bunun qarşısı marketin işçiləri tərəfindən alınarkən onlar bıçaqla hədə-qorxu gələrək hadisə yerini tərk ediblər: "Bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşlarının operativliyi və çevikliyi sayəsində hər iki şəxs saxlanılaraq 39-cu Polis Bölməsinə gətirilib.

Araşdırmalarla onların Yevlax rayon sakinləri, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlığa görə məhkum olunmuş Yasin AbdullayevMahmud Məmmədov olmaları müəyyən edilib. Araşdırma aparılır". 


*** 11:15

Bakıda vətəndaşların üzərinə bıçaqla hücum edənlərin şəxsiyyətləri və hadisənin təfərrüatı məlum olub.

“Report”un xəbərinə görə, polis tərəfindən saxlanılan şəxslər - Yevlax rayon sakini Yasin AbdullayevMahmud Məmmədovdur.

Məlum olub ki, hər iki şəxs ötən gecə paytaxtın Nizami küçəsində yerləşən marketlərdən birindən spirtli içki oğurlayan zaman mağazanın işçiləri tərəfindən saxlanılıb. Onlar bu zaman üzərlərində olan bıçaqla qarşı tərəfə və küçədə olan vətəndaşlara hədə-qorxu gəlməyə başlayıblar.

Daha sonra hadisə yerinə polis əməkdaşları gələrək onları saxlayıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi