Bakının mərkəzindəki restoranlardan birində yanğın baş verib
Hadisə
- 10 iyun, 2015
- 18:45
Bakı. 10 İyun. REPORT.AZ/ Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 2150 kv.m olan “Kükü” kafesinin vestibülünün tavanı 72 kv.m sahədə yanıb.
"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.
Yanğın zamanı kafenin ikinci mərtəbəsində yerləşən "Bristol" mehmanxanasına məxsus 4 ədəd kondisioner yüksək temperaturdan deformasiyaya uğrayıb.
Mehmanxanada olan 3 nəfər əcnəbi vətəndaş yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Kafenin qalan hissəsi, bitişik digər kafe və ikinci mərtəbədə yerləşən mehmanxana yanğından mühafizə olunub. Yanğın saat 23:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Son xəbərlər
20:14
Ankarada qəza nəticəsində 2 nəfər ölüb, 25 nəfər xəsarət alıb – YENİLƏNİB
Region20:06
Qəzzanın polis rəisi İsrailin zərbəsi nəticəsində ölüb
Digər ölkələr20:00
Foto
UEFA Konfrans Liqası: "Qarabağ" - "Dinamo" oyunu başlayıb
Futbol19:47
Video
"Ulduz" metro stansiyasının qarşısındakı yolda tikinti işləri davam etdirilir
İnfrastruktur19:46
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
Hadisə19:36
"Sumqayıt" Ronaldo Vaskezlə müqavilənin müddətini uzadıb
Futbol19:31
Türkiyədə 12 qanunsuz miqrant saxlanılıb
Region19:24
Oman sahillərindəki neft ləkəsi ölkənin materik hissəsinə yayılıb
Digər ölkələr19:15