Bakıda "Zəfəran Hospital"a məxsus ambulans qəza törədib: xəsarət alanlar var - FOTO - YENİLƏNİB - VİDEO

Bakıda "Zəfəran Hospital"a məxsus ambulans qəza törədib: xəsarət alanlar var - FOTO - YENİLƏNİB - VİDEO Hadisə zamanı sürücü xəsarət alıb
Hadisə
24 İyun , 2017 10:16
Bakıda Zəfəran Hospitala məxsus ambulans qəza törədib: xəsarət alanlar var - FOTO - YENİLƏNİB - VİDEO
"Report"

Video əlavə olunub


*** 08:00

Bakı. 24 iyun. REPORT.AZ/ Bakıda "Zəfəran Hospital"a məxsus, "Volkswagen" markalı təcili yardım xidmətinin avtomobili qəza törədib. 

"Report" xəbər verir ki, hadisə Əhməd Rəcəbli küçəsi ilə Fətəli Xan Xosyski küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, ambulans sayrışan işıqları yandıraraq işıqforun qırmızı işığında yolu keçib. Bu zaman Əhməd Rəcəbli küçəsində, işıqforun yaşıl işığında hərəkətdə olan "Daewoo" markalı avtomobil təcili yardım maşınına çırpılıb. Nəticədə ambulans aşıb. Eyni zamanda Fətəli Xan Xoyski küçəsində hərəkətdə olan, 67 nömrəli marşrut üzrə hərəkət edən sərnişin avtobusu da aşmış vəziyyətdə olan ambulansa çırpılıb.

Hadisə zamanı ambulansın sürücüsü, 1955-ci il təvəllüdlü Yelmar Hüseyn oğlu Əliyev ilə yanaşı, sərnişin avtobusunda olan daha 2 sərnişin xəsarət alıb. Onlara ilkin tibbi yardım göstərilib. 


***23:45

Bakıda "Zəfəran Hospital"a məxsus, "Volkswagen" markalı təcili yardım xidmətinin avtomobili qəza törədib.

"Report" xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib.

Belə ki, "Volkswagen" markalı ambulans Əhməd Rəcəbli küçəsində yüksək sürətlə hərəkətdə olarkən sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə ambulans əvvəlcə sərnişin avtobusuna, sonra "Daewoo" markalı minik avtomobilinə, ən sonda isə səkiyə çırpılaraq hospitalın qarşısında aşıb.

Nəticədə ambulansın sürücüsü, 1955-ci il təvəllüdlü Yelmar Hüseyn oğlu Əliyev xəsarət alaraq Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi