Bakıda yüksək gərginlikli elektrik dirəyinə çıxan şəxs ölüb

Hadisə
  • 20 iyun, 2016
  • 08:40
Bakıda yüksək gərginlikli elektrik dirəyinə çıxan şəxs ölüb

Bakı. 20 iyun. REPORT.AZ/ Bakının Xəzər rayonunda yüksək gərginlikli elektrik dirəyinə çıxan şəxs ölüb.

“Report” Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, iyunun 18-də Xəzər rayonunun Binə qəsəbəsində yaşayan Rauf Quliyev evinin qarşısında yüksək gərginlikli elektrik dirəyinə çıxıb və elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.