Bakıda yolu keçən kişini avtomobil vurub

Hadisə
  • 20 fevral, 2023
  • 23:16
Bakıda yolu keçən kişini avtomobil vurub

Bakının Suraxanı rayonunda 35 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report”un məlumatına görə, 1988-ci il təvəllüdlü Ziyadov Azad Ağakişi oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona üz sümüklərinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.