Bakıda yol polisini avtomobil vurub
Hadisə
- 29 sentyabr, 2022
- 06:08
Bakıda yol hərəkətini tənzimləyən polis əməkdaşını avtomobil vurub.
"Report"un əldə etdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında paytaxtın Neftçilər proskpekti, "Kukla" teatrının yaxınlığında qeydə alınıb.
Belə ki, polis serjantı Ağamalıyev Ramin Rasim oğlu həmin ərazidə xidmət apararkən hərəkətdə olan avtomobil onu vurub. Yaralı dərhal Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalına yerləşdirilib, vəziyyəti normaldır.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli “Report”un sorğusuna cavab olaraq bildirib ki, hazırda faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır: "Yaralı polis serjantı hospitala yerləşdirilib və nəzarətə götürülüb".
Son xəbərlər
18:14
Makron enerji məsələləri üzrə G7 görüşünü çağıracaq
Digər ölkələr18:04
Türkiyə İranın "Mahan Air" şirkətinin uçuşlarını dayandıracaq
Region18:02
Foto
Azərbaycan FAO-nun regionlararası siyasət dialoqunda təmsil olunub
ASK18:00
Günəbaxan əkinlərinə dəyən zərərə görə 235 min manat sığorta ödənişi edilib
ASK17:53
Foto
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib
Fərdi17:49
"Gəncəbasar" və "Kəpəz" yoxlama oyununda üz-üzə gələcəklər
Futbol17:43
Bricit Makron haqqında iddiaları ilə tanınan jurnalist Nataşa Rey vəfat edib
Digər ölkələr17:38
Foto
Video
Azərbaycanda 3 ölkənin birgə hərbi təlimi keçiriləcək
Hərbi17:35