Yuxarı

Bakıda yeniyetməyə tütün məmulatı satan mağaza satıcısı cərimələnib

Bakıda yeniyetməyə tütün məmulatı satan mağaza satıcısı cərimələnib111

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Nəsimi Rayon polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 1 mağazada satıcının yetkinlik yaşına çatmayana tütün məmulatı satması faktı aşkar edilib.

Həmin mağazanın satıcısı - O.Rəhimov barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi