Bakıda yeni tikilən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda yeni tikilən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB Yanğının hansı səbəbdən baş verməsi araşdırılır
Hadisə
12 Aprel , 2018 20:31
Bakıda yeni tikilən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB

Bakı. 12 aprel. REPORT.AZ/ Bakı şəhərində tikilməkdə olan çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

"Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verməsi araşdırılır.


***18:50

Bakı. 12 aprel. REPORT.AZ/ Bakı şəhərində tikilməkdə olan çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb. 

"Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Binəqədi rayonu, 7-ci mikrorayonda, "Bolluq bazarı" kimi tanınan ərazidə qeydə alınıb. 

Yanğın binanın tikintisi davam edən sonuncu mərtəbəsində qeydə alınıb. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.  

Son xəbərlər

Orphus sistemi