Yuxarı
    Bağlamaq

    Bakıda yaşayış binasında baş vermiş yanğın zamanı 7 nəfər tüstüdən zəhərlənib - FOTO - YENİLƏNİB-2 - VİDEO

    © "Report"

    Bakı. 8 fevral. REPORT.AZ/ Bakının Xətai rayonunda, Mehdi Mehdizadə küçəsində, yeni inşa edilən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı ümumilikdə 7 nəfər tüstüdən zəhərlənib. 

    "Report" xəbər verir ki, zəhərlənənlərin 5-ə ambulator yardım göstərilib. 

    Onlardan 3-ü azyaşlı, 2-i isə gəncdir. Orta yaşlı digər 2 nəfər isə Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Onlar arasında binanın komendantı da var. 


    ***22:07

    Bakının Xətai rayonunda, Mehdi Mehdizadə küçəsində, yeni inşa edilən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın lokallaşdırılıb.

    "Report" xəbər verir ki, hadisə zamanı sakinlər arasında xəsarət alan olmayıb. Hadisəyə səbəb binanın şaxtasında, ellektrik naqillərində yaranmış qısaqapanma olub.


    ***21:40

    Bakıda yaşayış binasında yanğın olub.

    "Report" xəbər verir ki, hadisə Xətari rayonunda, Mehdi Mehdizadə küçəsində, yeni inşa edilən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb.

    Belə ki, binanın şaxtasında tüstü ilə müşahidə olunan yanğın hadisəsi baş verib. Tüstüdən zəhərlənmə hadisəsinin baş verməməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub və 30 sakin təxliyə edilib. Hazırda əraziyə 8 yanğınsöndürmə və 4 təcili yardım maşını gəlib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi