Bakıda xəstəxananın həyətində üzərində döymələr olan kişi meyiti tapılıb

Hadisə
  • 24 oktyabr, 2016
  • 08:46
Bakıda xəstəxananın həyətində üzərində döymələr olan kişi meyiti tapılıb

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bakıda xəstəxanalardan birinin həyətində 25-30 yaşlarında naməlum kişi meyiti aşkarlanıb.

"Report"un xəbərinə görə, hadisə ötən gün Sabunçu rayonunda yerləşən Bakı Baş Səhiyyə İdarəsinin 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının həyətində qeydə alınıb.

Kimliyi bilinməyən şəxsin bədəninin müxtəlif nahiyələrində çoxlu sayda döymələr var.

Ölənin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.