​Bakıda xarici şirkətin baş meneceri maskalı şəxslərin hücumuna məruz qalıb

Hadisə
  • 29 fevral, 2016
  • 12:17
​Bakıda xarici şirkətin baş meneceri maskalı şəxslərin hücumuna məruz qalıb

Bakı. 29 fevral. REPORT.AZ/ Bakıda xarici şirkətin baş meneceri maskalı şəxslərin hücumuna məruz qalıb.

“Report”un xəbərinə görə, bu barədə Bakı şəhər sakini Rüfət Namazoviç Şirinov Daxili İşlər Nazirliyinin "102" – “Qaynar xətti”nə zəng edərək məlumat verib.

R.Şirinov bildirib ki, Ə.Quliyev küçəsi, ev 108 ünvanında 3 nəfər maskalı şəxs “Ener Mech” neft şirkətinin baş meneceri Böyük Britaniya vətəndaşı Young Andy adlı şəxsi hədələyərək pulunu və şəxsi əşyalarını tələb edib.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları bir neçə dəfə Young Andry ilə əlaqə saxlayaraq onu bölməyə dəvət ediblər.

Lakin o, dəfələrlə polisə dəvət olunmasına baxmayaraq, müxtəlif bəhanələr gətirərək bölməyə gəlməkdən imtina edib.