Bakıda tanışına qarşı dələduzluq edən şəxs məhkəmə zalında həbs edilib

Bakıda tanışına qarşı dələduzluq edən şəxs məhkəmə zalında həbs edilib Bakı. 1 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rövşən Qəmbərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
1 May , 2018 13:07
Bakıda tanışına qarşı dələduzluq edən şəxs məhkəmə zalında həbs edilib

Bakı. 1 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rövşən Qəmbərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

O, məhkəmənin hökmü ilə 8 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. Barəsində həbs qətimkan tədbiri seçilməyən R.Qəmbərov məhkəmə zalında həbs olunub.

Hökmə əsasən, zərərçəkmişlərin mülki iddiaları da təmin edilib.

İttiham aktına əsasən, R.Qəmbərov tanışı Ceyhun Bayramovdan Birləşmiş Ərəb Əmirliklərindən "LG" markalı kondisioner alıb gətirərək "Sədərək" Ticarət Mərkəzində satacağını və qazanc ilə birlikdə qaytaracağını vəd edərək ondan 115 min dollar alıb.

Digər tanışı Afiq Qafarovdan da eyni vədlə 54 min 987 manat pul alıb.

R.Qəmbərov məhkəmədə özünü təqsirli bilməyib və pulu faizə aldığını, artıqlaması ilə qaytardığını deyib.

Qeyd edək ki, o, daha əvvəl axtarışda olub. Məhkəmənin qərarı ilə 5 aya yaxın həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb.

Son xəbərlər

Orphus sistemi