Bakıda şirkətə məxsus avtomobildən tapança və 83 min manat pul aşkarlanıb
Hadisə
- 10 may, 2017
- 12:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 10 may. REPORT.AZ/ Bakıda şirkətə məxsus avtomobildən 83 400 manat pul və tapança aşkarlanıb.
“Report”un xəbərinə görə, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, həmin ərazidə Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Tural Səmədovun idarə etdiyi “Mercedes” markalı avtomobil hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Maşına baxış zamanı oradan 83 400 manat pul və “Voltran-Major” markalı pnevmatik tapanca tapılıb.
İlkin araşdırmalar zamanı avtomobilin, nəqliyyat vasitələrinin kirayəsi ilə məşğul olan “Karvan Group” MMC-yə məxsus olduğu müəyyənləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Son xəbərlər
00:10
Zelenski: Ukrayna ABŞ-nin vəd etdiyi 16 milyard dollarlıq yardımı almayıb
Digər ölkələr
00:04
ABŞ Kubaya qarşı sanksiyaları genişləndirib
Digər ölkələr
00:00
Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər
Fərdi
23:52
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Hadisə
23:38
Fransada etirazlar zamanı 448 nəfər saxlanılıb - Yenilənib-2
Region
23:33
SEPAH: Qeşm adasında ABŞ PUA-sı ələ keçirilib
Region
23:21
Pakistanda avtobusla yük maşını toqquşub, azı 11 nəfər ölüb
Digər ölkələr
23:17
Pərviz Şahbazov: Azərbaycanla Ukraynanın siyasi münasibətləri iqtisadi əməkdaşlıq üçün möhkəm zəmin yaradır
Xarici siyasət
23:17
Nazir: Azərbaycandan Ukrayna vasitəsilə Avropaya gedəcək logistika yollarını hazırlamaq lazımdır
Xarici siyasət