Bakıda sanitariya-gigiyena qaydalarını pozanlar cərimələnib

Bakıda sanitariya-gigiyena qaydalarını pozanlar cərimələnib Polis orqanları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
Hadisə
4 Noyabr , 2021 14:58
Bakıda sanitariya-gigiyena qaydalarını pozanlar cərimələnib
0 : 00
0 : 00

Polis orqanları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 3-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı Qaradağ rayonunun Lökbatan qəsəbəsi və Yasamal rayonunun Qanlıgöl ərazilərində yük avtomobili ilə məişət və digər qarışıq tullantıların boşaldılaraq qalaqlanması aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduqlarına görə vətəndaşlar R.Babayev və H.Xudaverdiyev barəsində protokollar tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi