"50 qəpik" restoranında yanğın

"50 qəpik" restoranında yanğın Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Hadisə
2 Yanvar , 2021 16:44
50 qəpik restoranında yanğın

Fövqəladə Hallar Nazirliyi (FHN) "50 qəpik" restoranında baş vermiş yanğınla bağlı məlumat yayıb.

"Report"un xəbərinə görə, məlumatda deyilir:

"Bakı şəhərinin Nərimanov rayonunda restoran və müxtəlif təyinatlı ticarət obyektlərinin yerləşdiyi ikimərtəbəli binanın ikinci mərtəbəsinin (1 250 m² sahədə restoran yerləşir) yanar konstruksiyaları və dam örtüyü 100 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Binanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb".

16:24

Bakı şəhəri, Nərimanov rayonundakı "50 qəpik" restoranında baş verən yanğın söndürülüb.

"Report"un hadisə yerində olan müxbiri xəbər verir ki, hadisə nəticəsində restorana ciddi ziyan dəyib.

Belə ki, restoranın təndirlər olan hissəsi tamamilə yanıb.

Faktla bağlı araşdırma aparılır.

15:05

Bakının Nərimanov rayonunda yerləşən restoranda yanğın başlayıb.

"Report"un xəbərinə görə, hadisə "50 qəpik" restoranında qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində restoranda yanğın olması barədə məlumat daxil olub.

Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi