Bakıda qətl törədən şəxsin məhkəməsi başlayır

Bakıda qətl törədən şəxsin məhkəməsi başlayır Bakıda qətl törətməkdə təqsirləndirilən İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başlayır.
Hadisə
19 Yanvar , 2022 09:13
Bakıda qətl törədən şəxsin məhkəməsi başlayır

Bakıda qətl törətməkdə təqsirləndirilən İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başlayır.

"Report"un məlumatına görə, iş yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə 2021-ci il sentyabrın 15-də paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü İ.İsmayılov 1992-ci il təvəllüdlü Cabir Abulova aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirib. Xəstəxanaya çatdırılan yaralı orada ölüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İ.İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Son xəbərlər

Orphus sistemi