Bakıda qayınatasını qətlə yetirən şəxsə hökm oxunub

Bakıda qayınatasını qətlə yetirən şəxsə hökm oxunub Bakı Ağır Cinayətlər Məhkəməsində qayınatasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Hüseynəliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa yekunlaşıb.
Hadisə
189
30 Sentyabr , 2021 14:55
Bakıda qayınatasını qətlə yetirən şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində qayınatasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Hüseynəliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa yekunlaşıb.

"Report" xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Hüseynəliyev 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2020-ci ilin avqustun 31-də paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində baş verib.

Belə ki, 1967-ci il təvəllüdlü Xalıq Bağırov bıçaqlanaraq qətlə yetirilib.

İstintaqla hadisənin zərərçəkmişin kürəkəni, 1998-ci il təvəllüdlü Ayxan Hüseynəliyev tərəfindən törədildiyi məlum olub.

Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət ittiham verilib.

Son xəbərlər

Orphus sistemi