Bakıda qapısı açıq olan avtomobil qarət edilib
Hadisə
- 23 yanvar, 2020
- 06:26
Bakıda keçmiş məhkum avtomobildən oğurluq edib.
“Report”un xəbərinə görə, hadisə yanvarın 21-də, səhər saatlarında, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, naməlum şəxs Bakı şəhər sakini, Y.Orucova məxsus “Opel” markalı avtomobilə açıq qapıdan daxil olmaqla kompüter, kompüter avadanlığı və mobil telefon oğurlayıb.
Daha sonra Y.Orucov bu barədə hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1961-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Qafar Babayev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
07:14
ABŞ səfirlikləri vətəndaşlara Yaxın Şərqdə eskalasiya barədə xəbərdarlıq edib
Digər ölkələr06:45
İranın ABŞ ilə müzakirələrin başlaması üçün irəli sürdüyü yeddi şərt açıqlanıb
Region06:21
NYT: Qayana neft bazarında mövqelərini möhkəmləndirib
Digər ölkələr05:59
ABŞ Karib dənizində narkotacirlərin qayığına zərbə endirib
Digər ölkələr05:28
Mayk Uolts: Tramp Rusiya-Ukrayna münaqişəsini həll etməyə çalışır
Digər ölkələr04:51
WSJ: ABŞ-yə səfərindən əvvəl Si Cinpinin səhhəti ilə bağlı qeyri-müəyyənlik yaranıb
Digər ölkələr04:16
Çilinin sabiq prezidenti BMT-nin Baş katibi postu uğrunda mübarizədən geri çəkilib
Digər ölkələr03:40
Almaniyada Bundesverdə xidmət üçün 18 yaşlı kişilərin məcburi tibbi müayinəsinə başlanılıb
Digər ölkələr03:21