Bakıda qadını qətlə yetirən şəxs tutuldu
Hadisə
- 08 iyun, 2021
- 06:03
İyunun 6-da saat 23 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində Svetlana Məmmədovanın bıçaqlanaraq aldığı xəsarətlərdən ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə "Report"a Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.
Aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı Ramil Rəhmanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Svetlana Məmmədovaya xəsarətlər yetirib, sonuncu almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ramil Rəhmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Son xəbərlər
16:17
Opera və Balet Teatrı son günlər baş verənlərə münasibət bildirib
İncəsənət16:13
NSA: Hörmüz boğazında vəziyyət qeyri-müəyyəndir- YENİLƏNİB
Digər ölkələr16:11
ASA: İntensiv yağışlar nəticəsində 600-dən çox sığortalı zərər görüb
Maliyyə16:03
Rayonlarda yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ
Ekologiya16:01
Foto
Rauf Xəlilov növbəti 4 il müddətinə Azərbaycan Qolf Federasiyasının prezidenti seçilib
Fərdi15:48
"AzerGold" "Şəhərsalma və Memarlıq İli"ndə yeni xatirə sikkəsi təqdim edəcək
Sənaye15:44
Azərbaycanda transfer qiymətlərinin öncədən razılaşdırılması müzakirə edilib
Biznes15:44
Tramp İrana silah tədarük edən ölkələri 50% tariflə hədələyib
Digər ölkələr15:38