Daha bir avtobus sürücüsü barəsində cinayət işi başlanılıb
Hadisə
- 11 mart, 2016
- 07:17
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 11 mart. REPORT.AZ/ Bakıda piyadanın avtobus tərəfindən vurulması hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
“Report”un xəbərinə görə, hazırda fakt üzrə araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hadisə martın 10-da baş verib. A.Mustafayev küçəsində Biləsuvar rayon sakini 36 yaşlı Nurəddin Salmanov 165 saylı marşrut xətti üzrə idarə etdiyi “Daewoo” markalı avtobusu ilə piyada yolu keçən Bakı şəhər sakini 1940-cı il təvəllüdlü Esmiralda Zeynalovanı vurub. Piyada hadisə yerində ölüb.
Son xəbərlər
05:57
Kolumbiyada qızıl mədənində torpaq sürüşməsi nəticəsində 14 nəfər ölüb
Digər ölkələr
05:29
"Bild": Hakerlər Almaniyada partiyaya aid 420 mindən çox elektron məktubu oğurlamış ola bilərlər
Digər ölkələr
04:49
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Digər ölkələr
04:24
Tramp Rusiyaya qarşı sanksiyaları sərtləşdirilə bilər
Digər ölkələr
03:57
Vens Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxıb
Digər ölkələr
03:22
UEFA FIFA-dan İnfantinonun yeni şirkət yaratmaq təşəbbüsü ilə bağlı izahat tələb edib
Futbol
02:45
ABŞ-də məsciddə atışma olub, ölən və yaralanan var
Digər ölkələr
02:11
Tramp Fransadakı kütləvi iğtişaşların səbəbini immiqrasiya siyasəti ilə əlaqələndirib
Digər ölkələr
01:44
Foto
Serbiya və Azərbaycan idman sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Xarici siyasət