Bakıda narkotikə görə tutulan şəxsin 15 mindən çox oğurluq etdiyi məlum olub.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sabunçu Rayon Polis idarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini Fərid Dövlətovdan 345 qram marixuana aşkar edilərək götürülüb.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun “Mercedes” markalı bir yük avtomobilindən akkumulyator, Kürdəxanı qəsəbəsindəki bir yarımtikilidən 5 000 manat dəyərində elektrik naqili, bir mağazadan 720 manat pul, 530 manat dəyərində tütün məmulatı və mobil telefon aksesuarları, 15 evdən və 7 həyətyanı sahədən isə ümumilikdə 9 100 manat pul, geyim, məişət əşyaları və təmir-tikinti alətləri, inşaat materialları və su sayğacı oğurlaması da müəyyən olunub.