Bakıda naməlum şəxs Salyan rayon sakinini bıçaqlayıb.
"Report"un xəbərinə görə, hadisə paytaxtın Xətai rayonu, N.Rəfiyev küçəsi, 24 ünvanında qeydə alınıb.
Belə ki, naməlum şəxs xuliqanlıq zəminində Salyan sakini Mürsəlov Taleh Elxan oğluna iki bıçaq xəsarəti yetirib.
Yaralı M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.