Bakıda motosiklet qəzaya uğradı, xəsarət alanlar var

Hadisə
  • 26 mart, 2020
  • 02:09
Bakıda motosiklet qəzaya uğradı, xəsarət alanlar var

Bakıda motosiklet sürücüsü idarəetməni itirərək qəza törədib.

"Report" xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

Bayıl qəsəbəsi 5 saylı doğum evinin qarşısında 1998-ci il təvəllüdlü Akimov Kamil Nizami oğlu və 1973-cü il təvəllüdlü Əlləzov Akif Alişan oğlu motosikletlə qəzaya düşüblər. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. K.Akimova sol dirsək oynağının çıxığı, A.Əlləzovda isə qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi diaqnozları qoyulub.