Yuxarı
    Bağlamaq

    Bakıda məktəbliləri daşıyan avtobus qəzaya düşüb, xəsarət alanlar var

    Dinlə

    Bakı. 7 dekabr. REPORT.AZ/ Bu gün saat 07:45 radələrində Qobu qəsəbəsindən şəhər istiqamətində gələn yolda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 217 nömrəli tam orta məktəbin şagirdlərinin də olduğu avtobus qəzaya uğrayıb.

    Məktəbdən "Report"a verilən məlumata görə, qəza zamanı nəqliyyat vasitəsində 10 şagird və bir neçə valideyn olub. Onlardan 2 şagird və 2 valideyn daha ciddi xəsarət aldığı üçün təcili xəstəxanaya yerləşdirilib, 1 şagird və 1 valideynə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

    Qəza zamanı xəsarət alanlar 1 saylı Şəhər Klinik Xəstaxanasına və Respublika Klinik Xəstəxanasına yerləşdiriliblər.

    İlkin məlumata əsasən, nəqliyyat vasitəsi valideynlərin təşəbbüsü ilə Qobu qəsəbəsindən 217 nömrəli tam orta məktəbə şagirdlərin aparılıb-gətirilməsi üçün sifariş olunub.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) "Report" verilən məlumata görə, idarənin əməkdaşları xəstəxanada olub, xəsarət almış şagirdlərin vəziyyəti ilə maraqlanıblar. Aparılan araşdırmanın nəticələrinə uyğun olaraq, əlavə məlumat veriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi