Bakıda mağaza sahibini bıçaqlayan şəxsin məhkəməsi başlayıb

Bakıda mağaza sahibini bıçaqlayan şəxsin məhkəməsi başlayıb Məhkəmənin növbəti iclası iyulun 3-nə təyin edilib
Hadisə
19 İyun , 2017 11:57
Bakıda mağaza sahibini bıçaqlayan şəxsin məhkəməsi başlayıb

Bakı. 19 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Azər Alxasovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə məlum olub ki, A.Alxasov əvvəllər də məhkum edilib. Belə ki, 2009-cu ildə hərbi xətmətdə olan zaman Qazax Rayon Məhkəməsi onun barəsində 300 manat cərimə qərarı çıxarıb.

Məhkəmənin növbəti iclası iyulun 3-nə təyin edilib.

Qeyd edək ki, bu il fevral ayında Binəqədi rayonu, Biləcəri qəsəbəsində mağaza sahibi, 29 yaşlı Emin Məmmədov kəsilmiş-deşilmiş xəsarətlərlə 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Alxasov Azər Səadət oğlu saxlanılıb.

İlkin dindirmələr zamanı əvvəllər dəfələrlə məhkum olunmuş A.Alxasov törətdiyi cinayət əməlini etiraf edib və bildirib ki, pulu olmadığından məhəllədə mağaza işlədən E.Məmmədovdan pul istəyib. Ancaq mağaza sahibi ona çoxlu borcu olduğundan pul verə bilməyəcəyini deyib. Bununla razılaşmayan A.Alxasov E.Məmmədova bir neçə bıçaq zərbəsi vurub və hadisə yerindən uzaqlaşıb.

O, Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmaq) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi