Bakıda kirayə qalan gənc oğlan və qızın dəm qazından zəhərlənməsi ilə bağlı araşdırma aparılır - YENİLƏNİB

Hadisə
  • 29 aprel, 2026
  • 17:38
Bakıda kirayə qalan gənc oğlan və qızın dəm qazından zəhərlənməsi ilə bağlı araşdırma aparılır - YENİLƏNİB

Bakıda bir nəfərin dəm qazından ölməsi, digər şəxsin zəhərlənməsi faktı üzrə araşdırma aparılır.

Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, aprelin 28-də paytaxtın Xətai rayonu ərazisində yerləşən evlərdən birində 2007-ci il təvəllüdlü Yusif Atalayın dəm qazından zəhərlənərək ölməsi, 2012-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan şəxsin isə zəhərlənməsi faktı üzrə Xətai rayon prokurorluğunda araşdırma aparılır.

Bakıda iki nəfər evdə dəm qazından zəhərlənib.

"Report" xəbər verir ki, Ağdaş rayon sakini 2007-ci il təvəllüdlü Yusuf Mehmet oğlu Atalay və Yevlax rayon sakini 2012-ci il təvəllüdlü T.B kirayədə yaşadıqları Xətai rayonu R.Bağırov küçəsi ev 30-un hamam otağında dəm qazından zəhərləniblər.

Yusuf Mehmet oğlu Atalay hadisə yerində ölüb, T.B xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılır.