Bakıda iki uşağı avtomobil vurdu

Hadisə
  • 12 iyul, 2020
  • 17:12
Bakıda iki uşağı avtomobil vurdu

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, Sabunçu rayonunda avtomobil 9 yaşlı Yusubova Aysu Əlihuseyn qızını və 8 yaşlı Yusubova  Rüqəyya Bayandur qızını vurub. 

Azyaşlı uşaqlar təcili yardım avtomobili ilə 3 nömrəli Şəhər Klinik Xəstəxanasına aparılıblar. Onlara qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Yaralıların vəziyyəti ağırdır.

Ramin Şahbazov