Bakıda iki avtomobil toqquşub, 45 yaşlı qadın xəsarət alıb

Hadisə
  • 18 may, 2024
  • 23:12
Bakıda iki avtomobil toqquşub, 45 yaşlı qadın xəsarət alıb

Bakının Yasamal rayonunda 45 yaşlı qadın yol qəzasında xəsarət alıb.

“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü Quliyeva Günay Maşallah qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır .