Bakıda hava şəraiti ilə əlaqədar 5 yol qəzası baş verib, bəzi avtomobillər yolda qalıb
Hadisə
- 17 oktyabr, 2016
- 09:02
Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu gün Bakıda yağışlı hava şəraiti səbəbindən 5 yol nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə "Report"a Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) bölmə rəisi polis polkovniki Vaqif Əsədov məlumat verib.
O bildirib ki, hava şəraiti ilə əlaqədar səhər saat 07:30 dan 09:00-a dək Bakının mərkəzi küçə və prospektlərində sıxlıq yaranıb.
Hava şəraiti ilə əlaqədar Keşlə qəsəbəsinin çıxışında çirkab suyunun gölməçəsi yaranıb. Buna görə də Babək prospektində uzunmüddətli nəqliyyatın sıxlığı müşahidə olunub. Hətta bəzi avtomobillər texniki cəhətdən sıradan çıxıb.
Hazırda yollarda yol polisinin nəzarəti gücləndirilib. Hazırda əsasən çökəklik olan küçə və prospektlərdə sıxlıq yaşanır.
Son xəbərlər
13:21
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Ekologiya13:00
Fransa klubunun futbolçusu "Yuventus"a keçir
Futbol12:57
Video
Antalyada sərnişin avtobusu dərəyə aşıb, səkkiz nəfər ölüb, 26-sı yaralanıb
Region12:39
Trampın İraq üzrə xüsusi nümayəndəsi vəzifəsindən ayrılıb
Digər ölkələr12:20
Rəfah keçid məntəqəsi açılıb
Digər ölkələr12:11
Külək güclənəcək, bəzi yerlərdə qar yağacaq - PROQNOZ
Ekologiya12:01
İran Avropa ölkələrinin ordularını terror təşkilatlarının siyahısına daxil edib
Region12:01
"Real" və "Barselona" "Bavariya"nın müdafiəçisi ilə danışıqlar aparır
Futbol11:57