Bakıda gənc qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb

Hadisə
  • 15 oktyabr, 2023
  • 00:46
Bakıda gənc qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakının Nərimanov rayonunda gənc qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, H.Əliyev prospektində avtomobil yolu keçən 1995-ci il təvəllüdlü Cəfərova Vüsalə Əfqan qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə