Bakıda gənc oğlana 14 min dollar qarşılığında İŞİD-ə qoşulmaq təklif olunub

Bakıda gənc oğlana 14 min dollar qarşılığında İŞİD-ə qoşulmaq təklif olunub Faktla bağlı Suraxanı RPİ-də araşdırma aparılır
Hadisə
4 Yanvar , 2017 13:06
Bakıda gənc oğlana 14 min dollar qarşılığında İŞİD-ə qoşulmaq təklif olunub

Bakı. 4 yanvar. REPORT.AZ/ Bakıda gənc oğlana 14 min dollar qarşılığında İŞİD terror qruplaşmasına qoşulmaq təklif olunub.

"Report"un xəbərinə görə, Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Əhmədov Orxan Suraxanı Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək bildirib ki, naməlum şəxs onun telefonuna zəng edərək İŞİD-ə qoşulmağı təklif edib. 

O.Əhmədov təklifdən imtina edib və dərhal Daxili İşlər Nazirliyinin (DİN) "102" zəng mərkəzinə məlumat verib. 

O, daha sonra Suraxanı RPİ-yə ərizə yazaraq bildirib ki, 2016-cı il dekabr ayının 26-da naməlum şəxs ona zəng edərək İŞİD-ə qoşularaq cihad etməsini təklif edib. O.Əhmədov bundan imtina edəndə naməlum şəxs bu işin müqabilində 14 000 ABŞ dolları təklif edb.

Faktla bağlı Suraxanı RPİ-də araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi