Bakıda 17 yaşlı oğlan özünü asaraq intihar edib

Hadisə
  • 15 avqust, 2017
  • 07:13
Bakıda 17 yaşlı oğlan özünü asaraq intihar edib

Bakı. 15 avqust. REPORT.AZ/ Bakıda 17 yaşlı oğlan özünü asaraq intihar edib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda baş verib.

Rayonun Biləcəri qəsəbəsinin sakini, 2000-ci il təvəllüdlü Oruclu Arzuman Xudayar oğlu yaşadığı mənzildə özünü asaraq intihar edib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma ) maddəsilə cinayət işi başlanılıb, araşdırma aparılır.