Sabunçu rayonunda əl qumbarası aşkarlandı

Hadisə
  • 30 iyun, 2020
  • 18:21
Sabunçu rayonunda əl qumbarası aşkarlandı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonunda sursat aşkar olunması barədə məlumat daxil olub. 

FHN-dən "Report"a verilən məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri əraziyə cəlb olunub.

XRXX-nın mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirib. Aşkar olunan sursata baxış zamanı müəyyən olub ki, bu, döyüş tətbiqinə yararlı olan 1 ədəd əl qumbarasıdır. 

Sursat ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Sursatın tapıldığı əraziyə yeraltı və yerüstü baxış zamanı heç bir şübhəli əşya aşkar olunmayıb.