Bakıda dələduzluqda təqsirləndirilən qadına hökm oxunub
Hadisə
- 13 yanvar, 2016
- 12:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 13 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Esmira İbrahimovanın cinayət işi üzrə məhkəmə başa çatıb.
"Report"un xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.İbrahimova 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ittiham aktına əsasən, E.İbrahimova 2014-cü ilin oktyabr ayında 21 min 637 manat qızılı tanışı Dilarə adlı qadın vasitəsilə başqa bir qadından nisyə alıb. Həmin qızılları dəyərindən aşağı qiymətə satıb, pulu isə özünə xərcləyib. Bundan sonra o, borcunun bir qisminin ödəsə də, sonradan qalan hissəni dələduzluq yolu ilə mənimsəyib.
Son xəbərlər
02:15
BMT-də Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi öz rolunu gücləndirməyə davam edəcəyi vurğulanıb
Xarici siyasət
01:43
Venesuela aclığa son qoymaq üçün plan hazırlayıb
Digər ölkələr
01:09
Mask ABŞ-də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub
Digər ölkələr
00:41
Parisin təkcə bir regionunda etirazlar zamanı dəyən ziyan 8,5 milyon avroya çatıb
Digər ölkələr
00:08
Monteneqro Aİ-yə üzvlük danışıqları çərçivəsində daha üç fəsli müvəqqəti bağlayıb
Digər ölkələr
23:46
Ər-Riyad üzərində husilərin atdığı raket ələ keçirilib
Digər ölkələr
23:14
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib
Region
22:56
Video
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb
Xarici siyasət
22:52
UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub
Digər ölkələr