Bakıda daha bir erməni terrorçu barədə cinayət işi başlanılıb

Bakıda daha bir erməni terrorçu barədə cinayət işi başlanılıb Qanunsuz silahlı birləşmə tərkibində Azərbaycan ərazisində terror əməlləri törətməkdə təqsirləndirilən erməni əsilli Xosrovyan Alyoşa Aramaisoviç barəsində Azərbaycanda cinayət işi başlanılıb.
Hadisə
28 Yanvar , 2021 16:22
Bakıda daha bir erməni terrorçu barədə cinayət işi başlanılıb

Qanunsuz silahlı birləşmə tərkibində Azərbaycan ərazisində terror əməlləri törətməkdə təqsirləndirilən erməni əsilli Xosrovyan Alyoşa Aramaisoviç barəsində Azərbaycanda cinayət işi başlanılıb.

“Report”un xəbərinə görə, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat verilib.

Təqdimata Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

A.Xosrovyana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) 276 (casusluq), 279.1-ci ( Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə) 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq) maddələri ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi