Bakıda ​"Çay evi" adı altında fəaliyyət göstərən qumarxana aşkarlanıb

Bakıda ​"Çay evi" adı altında fəaliyyət göstərən qumarxana aşkarlanıb Həyata keçirilən əməliyyat tədbirləri ilə qumar oyunlarını təşkil edən və iştirakçı olan 5 nəfər saxlanılıb
Hadisə
9 Fevral , 2016 15:51
Bakıda ​Çay evi adı altında fəaliyyət göstərən qumarxana aşkarlanıb

Bakı. 9 fevral. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları çay evlərindən birində qumarxana aşkar ediblər.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Baş İdarəyə daxil olan məlumat əsasında paytaxtın Binəqədi rayonu ərazisindəki "Samovar" çay evində qumar oyunları keçirilməsi müəyyən edilib. Həyata keçirilən əməliyyat tədbirləri ilə qumar oyunlarını təşkil edən və iştirakçı olan 5 nəfər saxlanılıb.

Baxış zamanı oradan "poker" oyun kartları, qumar oyunlarına qoyulan pul vəsaiti maddi sübut kimi aşkar olunaraq götürülüb.

Araşdırmalarla obyektin gündüzlər çay evi, axşam saatlarında isə qumarxana kimi fəaliyyət göstərməsi, həmçinin Ağcabədi rayon sakini Alxas Abbasovun Yevlax rayon sakini Fazil Səfərəliyevlə əlbir olaraq bir neçə aydır ki, orada belə qanunsuz fəaliyyətlə məşğul olmaları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi