Bakıda yol qəzasında 3-ü uşaq olmaqla, 5 nəfər xəsarət alıb - YENİLƏNİB

Bakıda yol qəzasında 3-ü uşaq olmaqla, 5 nəfər xəsarət alıb - YENİLƏNİB Bakıda baş verən yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.
Hadisə
12 Oktyabr , 2019 00:42
Bakıda yol qəzasında 3-ü uşaq olmaqla, 5 nəfər xəsarət alıb - YENİLƏNİB

Bakıda baş verən yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.

"Report" xəbər verir ki, "Mercedes" markalı avtomobilin "VAZ-2107" markalı avtomobillə toqquşması nəticəsində Şəbiyeva Əsma Aydın qızı (2 yaş), Şəbiyev Hüseynəli Aydın oğlu (6 yaş), Eyvazlı Məsumə Hüseyn qızı (4 yaş) habelə azyaşlıların anası Şəbiyeva Ülviyyə Yaşar qızı (1992-ci il təvəllüdlü) və azyaşlıların nənəsi Əbdülkərimova Şəhla Hacı qızı (1969-cu il) xəsarət alıblar. 

Qeyd edək ki, hadisə Suraxanı rayonu, Əmircan qəsəbəsində qeydə alınıb.


***00:17

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Suraxanı rayonu, Əmircan qəsəbəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil sürət həddini aşaraq, "VAZ-2107" markalı avtomobillə toqquşub. Hadisə zamanı bir neçə uşaq və onların valideyni xəsarət alıblar. Yaralılar yaxınlıqda olanların köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Uşaqlara qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Hazırda onlar əməliyyat edilirlər. 

Son xəbərlər

Orphus sistemi