Bakıda avtomobil piyadanı vuraraq öldürüb - FOTO - VİDEO - YENİLƏNİB-2

Bakıda avtomobil piyadanı vuraraq öldürüb - FOTO - VİDEO - YENİLƏNİB-2 Bakıda yolu keçmək istəyən zaman avtomobilin vuraraq öldürdüyü şəxsin kimliyi məlum olub.
Hadisə
5 Oktyabr , 2019 11:53
Bakıda avtomobil piyadanı vuraraq öldürüb - FOTO - VİDEO  - YENİLƏNİB-2
Foto: "Report"

Bakıda yolu keçmək istəyən zaman avtomobilin vuraraq öldürdüyü şəxsin kimliyi məlum olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hadisə oktyabrın 5-də gecə saat 1 radələrində paytaxtın Nizami rayonu H.Əliyev prospektində baş verib.

Belə ki, Bakı şəhər sakini R.Rəhimov idarə etdiyi “Mercedes” markalı avtomobillə Kürdəmir rayon sakini Elçin Hacıyevi vurub və nəticədə o, hadisə yerində ölüb.


*** 09:55

Video əlavə olunub


*** 01:30

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report" xəbər verir ki, hadisə Nərimanov rayonu Heydər Əliyev prospektində qeydə alınıb.

Rəhimov Rəcəb Musa oğlu idarə etdiyi "Mercedes Vita" markalı, "99-MH-889" dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Pünhan Məmmədovun idarə etdiyi "Tofaş" markalı, "90-HX-930-dövlət nömrə nişanlı avtomobildən düşərək yolu keçmək istəyən piyadanı (şəxsiyyəti dəqiqləşdirilir - red) vurub. Piyada aldığı ağır xəsarətdən hadisə yerində ölüb. 

Hazırda DYP əməkdaşları hadisə yerindədir. Faktla bağlı araşdırma aparılır.

VİDEO: İlqar Abdullayev

Son xəbərlər

Orphus sistemi