Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb. Neftçilər prospektində avtomobil motosikletçi, 22 yaşlı Qasımov Kənan Namiq oğlunu vurub. Hadisəni törədən sürücü qəza yerindən uzaqlaşıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.
Qəzanın təfərrüatı araşdırılır.