Bakıda avtomobil 5 yaşlı uşağı vurub

Hadisə
  • 13 dekabr, 2021
  • 20:57
Bakıda avtomobil 5 yaşlı uşağı vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. Belə ki, 2016-cı il təvəllüdlü U.Axundov yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.