Bakıda ata oğlunu bıçaqlayıb

Hadisə
  • 22 iyul, 2023
  • 06:13
Bakıda ata oğlunu bıçaqlayıb

Bakıda ata oğlunu bıçaqlayıb.

“Report” xəbər verir ki, hadisə iyulun 21-də Qaradağ rayon Qızıldaş qəsəbəsində qeydə alınıb.

Belə ki, Ramiz Vahabov şəxsi münasibətlərin pozulması zəminində oğlu, 33 yaşlı Hafizə bıçaqla ağır dərəcəli bədən xəsarətləri yetirib.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.