Bakıda ASC-dən oğurluq olub

Hadisə
  • 24 oktyabr, 2015
  • 09:02
Bakıda ASC-dən oğurluq olub

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bakı şəhərində yerləşən ASC-dən oğurluq olub.

"Report" Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, “Binəqədi Ağac Emalı” ASC-nin ərazisindən istifadəyə yararsız avtomobillər oğurlanıb.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilləri oğurlamaqda şübhəli bilinən Rəmzi Qoçəliyev tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

44 filmi