Bakıda adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır Bakıda qətl törətməkdə təqsirləndirilən Yəhya Quliyevin məhkəməsi başlayır.
Hadisə
22 İyun , 2022 09:31
Bakıda adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda adam öldürməkdə təqsirləndirilən Yəhya Quliyevin məhkəməsi başlayır.

"Report" xəbər verir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Rasim Sadıxovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə bu ilin fevralında paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, Biləcəri qəsəbəsində yaşayan və Vətən müharibəsi iştirakçısı, 1999-cu il təvəllüdlü Yəhya Quliyev gecə saatlarında məhəllədə səs-küy yarandığını görüb. Küçəyə çıxdıqda yaxınlıqda yaşayan və yüngül həyat tərzi keçirən qadının yanına gəlmiş şəxslərlə Y.Quliyev arasında mübahisə yaranıb. Az sonra mübahisə münaqişəyə çevrilib. O,1998-ci il təvəllüdlü Zamiq Həşimli və 1992-ci il təvəllüdlü Eynulla İbadovu döyüb və nəticədə Eynulla İbadovun xəstəxanaya aparılarkən yolda ölüb. Z.Həşimlinin isə həyatına təhlükə yaranmayıb.

Y.Quliyevə qarşı Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Quliyev Yəhya Nuhbala oğlu Vətən müharibəsində iştirak edib. O döyüşlərin birində yaralanıb. Y.Quliyev "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub.

Son xəbərlər

Orphus sistemi