Bakıda 43 yaşlı kişi metroda yıxılaraq xəsarət aldı

Hadisə
  • 16 fevral, 2020
  • 22:08
Bakıda 43 yaşlı kişi metroda yıxılaraq xəsarət aldı

Bakı metrosunda kişi sərnişin yıxılaraq xəsarət alıb.

“Report” xəbər verir ki, hadisə metronun “Həzi Aslanov” stansiyasında baş verib.

Belə ki, 1977-ci il təvəllüdlü Cabbarov Ceyhun Məlik oğlu pilləkandan yıxılaraq xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Ramin Şahbazov

44 filmi